Noyabrın 20-dən Bakıda “Hədəfini Seç” adlı stolüstü oyun turniri baş tutacaq. Bu haqda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı məlumat verib.
Həftəsonu asudə vaxtını əyləncəli keçirmək istəyən tələbələr üçün 20 və 21 noyabr tarixlərində saat 12:00-15:00 radələrində “Hədəfini Seç” adlı stolüstü oyun turniri keçiriləcək. Turnir Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilir. Turnirin əsas məqsədi tələbələrin fəaliyyətlərini stimullaşdırmaq və rəqabətliliyi artırmaqdır.
Turnirə qoşulmaq istəyən tələbələr +994507227371 nömrə ilə əlaqə saxlamalıdırlar.