Bakıda ilk dəfə keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kuboku üçün sifariş edilmiş medallar hazırdır. Bu haqda BakuPlus.az Azərbaycan Güləş Federasiyasına istinadən bu gün, 22 oktyabr tarixində xəbər verir.
Qızıl, gümüş və bürünc medalların ön tərəfində Bakının rəmzlərindən sayılan Qız Qalasının əks olunduğu yarışın loqosu həkk edilib. Digər üzündə isə Dünya Güləş Birliyinin (UWW) loqosu var.
Medalların yaşıl rəngli lenti də yarışa özəl olaraq işlənilib.
5-6 noyabrda keçiriləcək Dünya Kubokunda 6 komanda mübarizə aparacaq
A qrupu: