Bakıda karate üzrə çempionat keçiriləcək. Bu haqda 21 sentyabr tarixində Bakuplus.az məlumat verir.
26-27 noyabr tarixlərində saat 10:00-da Bakı İdman Sarayında uşaq, yeniyetmə və gənclər arasında (6-18 yaş) karate üzrə Beynəlxalq "Caspian Open" turniri təşkil olunacaq.
Turnir Azərbaycan Milli Karate Federasiyasının və Azərbaycan Karate Təşkilatının dəstəyi ilə keçirilir. Turnirin rəhbəri Respublikanın Əməkdar Məşqçisi Rənad Əliyevdir.
Çempionatda iştirak etmək istəyənlər 25 noyabra kimi qeydiyyatdan keçməlidirlər.
Tamaşaçılara giriş sərbəstdir.