Üzgüçülük üzrə “Şən Delfin” Bakı şəhər payız açıq birinciliyinin qalibləri müəyyən olunub. Bu haqda BakuPlus.az Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən bu gün, 22 noyabr tarixində xəbər verir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən Abşeron Olimpiya İdman Kompleksində keçirilən birincilikdə müxtəlif idman klub və cəmiyyətlərini təmsil edən 123 idmançı iştirak edib.
Nəticələrə görə, 100 metr qarışıq üsulla Məryəm Cavadova, Ramal Sadıqlı, 50 metr “butterfly” üsulu ilə Məryəm Cavadova, Amin Oruclu, 50 metr arxası üstə üsulla Xədicə Qasımzadə, Timur Nikiforov, 100 metr “butterfly” üsulu ilə Mehri Əbdürəhmanlı, Fərhad Şirməmmədli, 100 metr arxası üstə üsulla Mehri Əbdürəhmanlı, Daniel Muhammed, 200 metr qarışıq üsulla Xumar Mustafayeva, Daniel Muhammed 1-ci yerə layiq görülüblər.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və kubokla mükafatlandırılıblar.
[caption id="attachment_80197" align="alignnone" width="640"]
Foto Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəsmi Facebook səhifəsi[/caption]