Bakı Dövlət Cıdır Meydanında kros qaçışı üzrə Bakı şəhər çempionatı baş tutub. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi məlumat verib.
Yarışda, 43-ü qadın olmaqla, ümumilikdə 122 nəfər iştirak edib.
Qaçışda qızlar arasında 1 km məsafədə Medisa Tasbihi (SİS), 2 km məsafədə Tutuxanım İsrafilova (Rekord İK), 4 km məsafədə Aydan Alışova (Rekord İK), oğlanlar arasında isə 2 km məsafədə Nicat Novruzlu (Rekord İK), 3 km məsafədə Səid Səfərli (Spartak İC), 6 km məsafədə İlqar Hacıyev (Rekord İK) qalib gəliblər.
Qadınlar arasında 6 km məsafədə Anna Yusupova (Sərhədçi İOM), kişilər arasında isə 10 km məsafədə Elman Abışov (Rekord İK), komanda hesabında isə “Rekord” İdman Klubu 1-ci yerə layiq görülüblər.
Qalib idmançılara diplom və medallar təqdim edilib.
[caption id="attachment_70567" align="alignnone" width="640"]
Foto Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəsmi saytı[/caption]