Bakıda keçirilən paracüdo üzrə dünya çempionatında təmsilçimiz finala yüksəlib. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İlham Zəkiyev 90 kq-dan yuxarı çəki dərəcəsində Türkiyə, Monqolustan və Fransa idmançılarına qalib gələrək finala vəsiqə qazanıb. Onun son rəqibi Braziliyadan olan Vilyans Araujo olacaq.
Qadın paracüdoçularımız arasında isə 70 kq çəkidə Xanım Hüseynova və Xatirə İsmiyeva bürünc medal uğrunda mübarizə aparacaqlar.
Azərbaycanı paracüdo üzrə təmsil edənlər sırasında 73 kq-da Namiq Abaslı və 48 kq-da Şəhanə Hacıyeva bürünc medal qazanıblar.