Paytaxtda Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş Bakı birinciliyi keçirilir. Bu haqda BakuPlus.az Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən bu gün, 3 noyabr tarixində xəbər verir.
Yarışda “Ocaq Sport” klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubundan kişilər və qadınlar arasında ümumilikdə 26 idmançı öz ustalığını nümayiş etdirəcək.
İdmançılar uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) yaş kateqoriyalarında mübarizə aparacaqlar.
Bakı birinciliyində gənclər (2006-2009) və böyüklər (2005 və daha böyüklər) müsabiqədən kənar qüvvələrini sınayacaqlar.
Turnir Milli Gimnastika Arenasının yardımçı zalında təşkil olunub.
Əlavə məlumat üçün əlaqə nömrələri: +994 51 566 96 99/ +994 12 566 96 99