Bakıda üzgüçülük üzrə açıq birincilik keçiriləcək. Bu haqda 18 noyabr tarixində Bakuplus.az məlumat verir.
Abşeron Olimpiya İdman Kompleksində 19-20 noyabr tarixində üzgüçülük üzrə “Şən delfin” Bakı şəhər payız açıq birincliyi baş tutacaq.
Turnir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən keçirilir.