Şahmat üzrə 14, 16 və 18 yaşlı gənclər arasında keçirilən dünya birinciliyində təmsilçimiz uğur qazanıb. Bu haqda bu gün, 17 sentyabr tarixində Bakuplus.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir.
Rumıniyanın Mamaya şəhərində 18 yaşlı qadın şahmatçılar arasında keçirilən yarışda Bakıdan olan təmsilçimiz Ayan Allahverdiyeva gümüş medal qazanıb.
Nərmin Abdinova, Şiroğlan Talıbov və Xəzər Babazadə müxtəlif kateqoriyalarda ilk onluqda qərarlaşıblar.