Bakıda “Qələbə qaçışı” adı altında xeyriyyə qaçışı keçiriləcək. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Bakı Şəhər Halqasına istinadən xəbər verir.
6 noyabr tarixində keçiriləcək marafonda 3, 5 və 10 km məsafədə 3 müxtəlif marşrut olacaq. Həmin marşrutların hər biri Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcək.
Tədbirdə 17 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Qeydiyyat üçün 20 AZN ödəniş olunmalıdır. Son tarix 4 noyabr 12:00-a qədərdir. Qeydiyyat başa çatdıqdan sonra müraciəti qəbul edilmiş hər kəsin elektron ünvanına təsdiq məktubu göndəriləcək.