Bakılı MMA döyüşçüsü Mehman Məmmədov Yaponiyada növbəti görüşünü keçirəcək. Bu haqda 17 sentyabr tarixində Bakuplus.az məlumat verir.
“Rizin Fighting Federation”ın təşkilatçılığı ilə oktyabrın 23-də Yaponiyanın Fukuoka şəhərində döyüş keçiriləcək. Döyüşə qatılan 34 yaşlı idmançı Mehman Məmmədovun rəqibi yaponiyalı Motonobu Tezuka olacaq.
Mehman Məmmədovun məşqçisi Ruslan Əfəndiyevdir.