Balaxanı İdman Mərkəzində vale tudo idman növü üzrə Bakı kubokunun yarışları başa çatıb. Bu haqda 10 oktyabr tarixində Bakuplus.az Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 230 idmançı iştirak edib. Bakı kubokunda idmançılar uşaqlar (8-9 yaş), yeniyetmələr (10-11, 12-13 yaş), gənclər (14-15, 16-17 yaş) və böyüklər (18 yaşdan yuxarı) kateqoriyalarında qüvvələrini sınayıblar.
Qaliblərə kubok, diplom və medallar təqdim olunub.