Belarus futbol komandasının oyunu Bakıda keçiriləcək. Bu haqda bu gün, 23 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bosniya və Herseqovinanın "Jelezniçar" və Belarusun "Dinamo" (Minsk) klubları arasında görüş Bakıda, “Azersun Arena”da baş tutacaq. Matç UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək.
Qarşılaşma 20 iyul tarixində baş tutacaq. “Neftçi” PFK Konfrans liqasında cütlüyün qalibi ilə qarşılacaq. Paytaxt klubu ilə oyunlar 27 iyul və 3 avqust tarixlərində baş tutacaq.
"Minsk "Dinamo"su avrokubok matçlarını Belarus ərazisində keçirə bilmir. Əvvəlcə "Jelezniçar"la ev oyunu üçün İsrailin Netanya şəhərindəki stadionu seçilmişdi. Lakin nəqliyyat və yaşayış xərcləri yüksək olduğu üçün cavab görüşü Azərbaycana dəyişdirilib.