Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kubokuna start veriləcək. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 5 noyabr tarixində xəbər verir.
Bu gün, ilk yarış günündə A və B qruplarında qarşılaşmalar baş tutacaq. A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gələcək.
Daha sonra, saat 16:00-da turnirin açılış mərasimi baş tutacaq. Saat 17:00-dan A qrupunun İran - Qırğızıstan, Qırğızıstan - Türkiyə və B qrupunun Azərbaycan - Dünya yığması görüşləri keçiriləcək.
B qrupunda olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən Dünya Kubokunda iştirak etməyəcək.
Yarışa noyabrın 6-da yekun vurulacaq.