top
Əfsanəvi hakim Tofiq Bəhramovun anım günüdür
25 mart 2025, 23:52
- ↺ +

Əfsanəvi hakim Tofiq Bəhramovun anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün məşhur Azərbaycan hakimi Tofiq Bəhramovun anım günüdür.

Bakuplus.az xəbər verir ki, əfsanəvi referinin vəfatından 32 il ötür. O, dünya futbol tarixində adına heykəl olan və adı stadiona verilən ilk hakimdir.

Tofiq Bəhramov 1925-ci il 29 yanvarda Ağdamda anadan olub. Futbolçu karyerası istədiyi kimi alınmayan Bəhramov 1951-ci ildə Bakı kuboku uğrunda keçirilən "Dinamo" - "İnşaatçı" matçına hakim gəlmədiyi üçün 26 yaşında onu əvəz edib.

Bununla da hakimlik karyerası başlayıb. Daim prinsipiallığı, obyektivliyi ilə seçilən referi qısa müddətdə sovetlər birliyinin ən yaxşı hakimlərindən birinə çevrilib. T.Bəhramov 15 il ərzində idarə etdiyi oyunların heç birində referi oyunçuya qırmızı vərəqə göstərməyib.

Əfsanəvi azərbaycanlı hakim tarixdə öz ədalətli qərarı ilə unudulmaz iz qoyub. 1966-cı ildə dünya çempionatının Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Herstin mübahisəli qolunu qeydə alan Tofiq Bəhramovun qərarının doğru olduğu sonradan bütün dünyaya bəlli oldu. Həmin ərəfədə “Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdu.

Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası “Qızıl fit”i və “Qızıl ilahə” mükafatını həmyerlimizə təqdim etmişdi.

2016-cı ildə isə Britaniyanın "Sky Sports" telekanalında müasir texnologiya ilə aparılan araşdırma Tofiq Bəhramovun qərarının haqlı olduğunu sübuta yetirib.

Tofiq Bəhramov 1975-ci ildə hakimliklə vidalaşıb. 1993-cü il martın 26-da Bakıda üçüncü dəfə infarkt keçirən Bəhramov dünyasını dəyişib. Bakıda yerləşən Respublika Stadionu onun adını daşıyır. Stadionun yaxınlığında isə dünyada ilk dəfə olaraq 2004-cü ildə futbol hakiminin xatirəsinə heykəl qoyulub.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Bu gün, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Bu gün, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər