Fitnes məşqçisi Günay Arazova şəxsi həyatı haqqında danışıb.
Bakuplus.az xəbər verir ki, fərqli görünüşü ilə diqqətləri öz üzərinə çəkən idmançı uşaqlarının bu sahəyə marağı olmadığını açıqlayıb:
“İki övladım var. Fitneslə əlaqələri yoxdur. Mənə çox motivasiya verirlər, dəstəkləyirlər. Hətta oğlum mənə heyrandır. Ancaq idman onlarlıq deyil. Oğlum kitab oxumağı, fəlsəfəni sevir. Qızım dizayn, stil yaratmağı sevir”.