Bakıda fudokan üzrə turnir keçiriləcək. Bu haqda 24 sentyabr tarixində Bakuplus.az məlumat verir.
25 sentyabr tarixində baş tutacaq yarış 27 Sentyabr - Anım Gününə həsr olunacaq. Gənclər və İdman Nazirliyi, şəhər Gənclər və İdman Baş İdarəsi və Dünya Fudokan Federasiyasının ölkəmizdəki rəsmi və səlahiyyətli nümayəndəliyinin birgə təşkil etdiyi birincilik Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək.