“Neftçi” PFK oyuna gecikdiyinə görə cərimələnib. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
Misli Premyer Liqasının XIII turu çərçivəsində “Sumqayıt” - ”Neftçi” oyununda qonaqlar matça gecikdiklərinə görə 800 AZN cərimə olunublar.
Həmçinin “Səbail” - “Sabah” oyununda Dövlət Himni səsləndirilmədiyi səbəbindən ev sahibləri 800 AZN cərimə olunublar.