Bakıdakı Su İdman Sarayında "BAKU CUP 2022" mini su polosu üzrə turnir keçirilib. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Yarış Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatşılığı ilə keçirilib. Ümumilikdə, mübarizədə 6 komanda iştirak edib.
Dairəvi sistem üzrə keçirilən yarışda 6 komanda mübarizə aparıb. Yekun nəticələrə görə I yeri "145 qrup" komandası, II yeri "Qarabağ Akvatik" komandası, III yeri isə "Partnyor qrup" komandası tutub. Həmin komandalar kubok, medal və diplomlarla təltif olunub.
[caption id="attachment_70487" align="alignnone" width="640"]
Foto Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Facebook səhifəsi[/caption]