Bakıda Cüdo üzrə master-klass baş tutacaq.
Bakuplus.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, idman tədbiri paytaxtda yerləşən Qış parkında keçiriləcək. Master-klassda Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov, böyüklərdən ibarət yığma komandanın üzvləri Ömər Rəcəbli və Rövşən Əliyev iştirak edəcəklər.
Tədbir avqustun 24-də saat 17:00-da olacaq.
Bundan əlavə sözügedən master-klass Sumqayıt şəhərində də baş tutacaq.