“Qarabağ” FK Bakıda Yunanıstan təmsilçisi “Olimpiakos”u qəbul edib. Bu haqda bu gün, 14 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qapıçımız Şahruddin Məhəmmədəliyev fərqlənib. O, bir neçə təhlükəli epizodda qapısını qorumağı bacardı.
Oyunda qarşılıqlı hücumlar və təhlükəli anlar olsa da, hesab açılmadı. “Qarabağ” 7 xalla qrupda 2-ci yerdə qərarlaşıb və ən pis halda Konfrans Liqasının pley-off mərhələsi üçün vəsiqəni təmin edib.
Avropa Liqasında isə “Frayburq” 12 xalla 1-ci, Nant 3 xalla 3-cü, “Olimpiakos” isə 1 xalla sonuncu yerdə qərarlaşıb. “Qarabağ”ın bu turnirin növbəti mərhələsinə keçməsi üçün son 2 oyunda 2 xala ehtiyacı var.