Paytaxtda keçirilən “Qarabağ” - “Frayburq” oyunu heç-heçə bitib. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az xəbər verir.
UEFA Avropa Liqasının qrup mərhələsinin son oyununda hesabı 25-ci dəqiqədə qonaqlar açıblar. Bəhlul Mustafazadənin kobud qayda pozuntusundan sonra qapımıza penalti təyin edilib. 2-ci hissənin ilk 20 dəqiqəsində “köhlən atlar” rəqib qapısına hücümlar yağdırdı, ancaq əks-hücum zamanı Medina qayda pozaraq qırmızı vərəqə ilə meydandan qovuldu.
Xarakter göstərən komandamız 10 nəfərlə 90+1-ci dəqiqədə hesabı bərabərləşdirməyi bacardı. Oyun 1:1 hesabı ilə bitdi.
Təəssüf ki, bu nəticə “Qarabağ”ın turnirdə mübarizəsini davam etdirməyə bəs etmədi. Qurban Qurbanovun komandası mübarizəni Konfrans Liqasında davam etdirəcək.