“Qarabağ” FK ev oyunlarını başqa stadionda keçirəcək. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
Futbol klubu Azərbaycan Premyer Liqasında növbəti ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Buna səbəb “Azersun Arena”nın ot örtüyünün təzələnməsidir.