“Qarabağ” FK polisə müraciət edib. Bu haqda bu gün, 12 noyabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Futbol klubu ona məxsus əmtəə nişanlarından formalarda qanunsuz istifadə olunur deyə Suraxanı rayon Polis İdarəsinə şikayət edib. Satışı təşkil edən şəxslərin məsuliyyətə cəlb olunması xahiş olunur.
Hazırda müraciətlə bağlı araşdırma aparılır.