Avropa Liqasında ən çox izlənilən matçlardan biri “Qarabağ” - “Nant” olub. Bu haqda bu gün, 17 sentyabr tarixində Bakuplus.az “JS_rankingUEFA”-ya istinadən xəbər verir.
15 sentyabr tarixində keçirilən 2-ci turun matçları arasında “Qarabağ” - “Nant” oyunu bu göstəriciyə görə 5-ci yerdə qərarlaşıb. Tofiq Bəhramov adına Respublika stadionu 26.495 azarkeş toplayıb.
Ən çox azarkeş sayı “Roma” - “Helsinki” oyununda qeydə alınıb. Matça baxmağa 60.193 nəfər gəlib.
Ümumi statistikanı təqdim edirik.