“Olimpiakos”un futbolçuları Bakıya yola düşüblər. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az kluba istinadən xəbər verir.
UEFA Avropa Liqasının çərçivəsində keçiriləcək “Qarabağ” - “Olimpiakos” matçı üçün yunan təmsilçiləri paytaxta gəlirlər.
Bu gün, 12 oktyabr saat 17:30 komandanın baş məşqçisi Miçel Qonsalesin mətbuat konfransı baş tutacaq.
Qarşılaşma 12 oktyabr saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.