“Qarabağ”ın son matçına gələn azarkeşlərin sayı açıqlanıb. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az “JS_rankingUEFA”-ya istinadən xəbər verir.
Belə ki, Bakıda matça baxmağa 31.200 nəfər gəlib. Bu rəqəm UEFA Avropa Liqasında 5-ci ən yaxşı nəticədir.
Ən çox fanat “Mançester Yunayted” - “Omoniya” oyununda qeydə alınıb. Onların sayı 74.310 nəfər təşkil edib.
UEFA Avropa Liqası çərçivəsində son həftə 16 matç oynanılıb.