“Səbail” Futbol Klubu daha bir futbolçunu heyətinə qatıb. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az kluba istinadən xəbər verir.
Paytaxt təmsilçisi Azərbaycan U-21 millisinin sabiq müdafiəçisi Mərt Çəliklə 1 illik müqavilə imzalayıb. Yığmamızın heyətində 7 qarşılaşmada 1 qola imza atan 24 yaşlı futbolçu "dənizçilər"in heyətində 20 nömrəli forma ilə çıxış edəcək.