Bakı klubları AFFA tərəfindən cərimələnib. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az assosiasiyaya istinadən xəbər verir.
“Səbail” FK-nın futbolçuları Premyer Liqanın XXIV turu çərçivəsində keçirilən oyun zamanı 4 sarı vərəqə aldıqları üçün klub 700 AZN məbləğində cərimələnib.
I Divizion oyununda isə “MOİK” və “Qaradağ Lökbatan” arasında keçirilən oyunda birincinin məşqçisi Orxan Səfiyarov hakimləri təhqir etdiyinə görə 5 oyunluq, futbolçu Nazim Məmmədzadə isə 3 oyunluq diskvalifikasiya olunublar. Klub 600 AZN məbləğində cərimələnib.