Şuşada təşkil olunan ilk beynəlxalq şahmat turnirində Teymur Rəcəbov növbəti görüşünü keçirəcək. Bu haqda 23 sentyabr tarixində Report məlumat verib.
3-cü yarış günündə kişilərin mübarizəsində VI tur çərçivəsində Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla qarşılaşacaq.
5 qarşılaşmadan sonra 10 xalla turnir cədvəlinə başçılıq edən Məmmədyarov qara, 5 xalla 5-ci sırada yer alan Rəcəbov isə ağ fiqurlarla mübarizə aparacaq.