Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında iyulun 28-də 1/4 finala keçib. O, özbəkistanlı rəqibinə Dilşodbek Ruzmetova 4:1 hesabı ilə qalib gəlib.
Əslən Kubalı olan boksçu 81 kiloqram çəki dərəcəsində yer alıb.
Onun növbəti döyüşü iyulun 30-da türkiyəli Bayram Malkan ilə olacaq.
Azərbaycan boksçularından əvvəl Cavid Çələbiyev və Məhəmməd Abdullayev 1/8 finala vəsiqə qazanıblar.
Dominqesin sözlərinə görə, Kubada yaşayan ailəsini təmin etmək üçün Azərbaycanın təklifini qəbul edib: "Mən kasıb ailədə böyümüşəm. Azərbaycanda maaş normaldır, kifayətdir. Anama və iki yaşlı qızıma pul göndərirəm".