Bakılı cüdoçu Praqada bayrağımızı dalğalandırıb. Bu haqda 17 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Çexiyanın paytaxtı Praqada gənclər arasında cüdo üzrə Avropa çempionatı keçirilib. Burada millimizin tərkibində Vüsal Qələndərzadə də 73 kq çəki dərəcəsində mübarizə aparıb. Finala çıxan cüdoçu italiyalı Luici Sentraççio ilə görüşüb. O, rəqibini ipponla məğlub edərək qızıl medala layiq görülüb.
Cüdoçu qələbəni şəhidlərə həsr etdiyini söyləyib:
"Allah onlara rəhmət eləsin, məkanları cənnət olsun. Qazilərimizə, əsgərlərimizə can sağlığı arzu edirəm".
Vüsal Qələndərzadə “Atilla” idman klubunun idmançısıdır.