top
Vəli Qasımov: “Qarabağ”a gücünə görə azarkeşlik edirlər, amma ürəklərdə “Neftçi”dir” - MÜSAHİBƏ
18 mart 2025, 02:30
- ↺ +

Vəli Qasımov: “Qarabağ”a gücünə görə azarkeşlik edirlər, amma ürəklərdə “Neftçi”dir” - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Neftçi” klubunun sabiq futbolçusu Vəli Qasımovun idman.biz-ə müsahibəsi

- Bu gün “Flaqman”ın yarandığı gündür. 88 yaşını tamamlayan “Neftçi” sizin üçün nə deməkdir?

- “Neftçi” bizim ürəyimizdir. O vaxt futbolçuların çoxu bu komandada oynamaq istəyirdi. Mənim bəxtim gətirdi ki, bu xoşbəxtlik mənə nəsib oldu. Ən gözəl vaxtlarım “Neftçi”də keçib. Təəssüf ki, biz komanda olaraq böyük nəticələrə imza ata bilmədik. Keçmiş SSRİ dövründə rəqabət çox güclü idi, “Spartak”, “Dinamo” kimi əjdaha komandalar vardı. Buna baxmayaraq, 1986-ci ildə birinci dövrədən sonra komanda üçüncü yerdə gedirdi, yekunda doqquzuncu olduq.

- Həmin dövrdə məşhurluğu necə yaşayırdınız?

- Bizi çox adam tanıyırdı. Küçədə yaxınlaşıb şəkil çəkdirirdilər, avtoqraf istəyirdilər. Camaat rayonlardan “Neftçi”nin oyununu dəstəkləməyə gəlirdi. Stadionda yer də tapa bilmirdilər, pilləkənlərə qədər dolu olurdu. O vaxt futbolçuların səviyyəsi yüksək olduğu üçün insanlar futbola böyük maraq göstərirdi. Bu gün çox şey dəyişib, futbolumuzda xaricilərin sayı artıb. Çox güman bu amillərin də təsiri var. Yadımdadır, komandaya təzə gəldiyim vaxtlarda təkcə məşqlərə baxmağa dörd-beş min adam gəlirdi. Bu gün heç o qədər adam oyunlara gəlmir. “Neftçi” uduzanda küçəyə çıxmağa utanırdım. O vaxt futbola münasibət də tamam başqa cür idi.

- “Neftçi”də keçirdiyiniz ən yaddaqalan oyun hansı olub?

- Bakıda SSRİ yığma komandası ilə keçirdiyimiz görüşü qeyd edə bilərəm. O vaxt İttifaqın ən güclü futbolçuları gəlmişdi. Oyun 1:1 bitdi. Heç kim bu komanda ilə heç-heçə edəcəyimizi gözləmirdi. Həmin oyundan sonra bizi xeyli təriflədilər (gülür).

- Komanda yoldaşlarınzın arasında ən yaxın dostunuz kim olub?

- Bu günə kimi bir çoxu ilə dostluq münasibəti davam edir. Həm komanda yoldaşlarımla, həm də məşqçilərlə aram həmişə çox yaxşı olub. Xüsusi olaraq kiminsə adını çəkmək düzgün olmaz. Mən ümumiyyətlə, problemli adam deyiləm.

- “Neftçi”nin Azərbaycan futbolundakı yerini necə təsvir edərdiniz?

- “Neftçi” bu günə kimi Azərbaycanın “Flaqman”ıdır. O vaxt Azərbaycanın ən güclü komandası olmuşuq. Çox istərdik ki, həmin “Neftçi”ni indi də görək.

- Sizcə, niyə görə bilmirik?

- Səbəblər çoxdur. Ancaq bu haqda danışmaq bir qədər çətindir, çünki hazırda orada işləmirəm. Çox güman, klubun daxilində müəyyən problemlər var. “Neftçi” hələ tam düzəlməyib, ancaq inanıram ki, komanda öz adını yenidən qaldıracaq. Bu gün “Qarabağ” gözəl oyun nümayiş etdirdiyi və güclü olduğu üçün hamı onlara azarkeşlik edir. Amma həmişə ürəyimizdə “Neftçi” olub. “Neftçi” “Neftçi”dir də.

 

Son xəbərlər

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər