“Zirə” futbol klubu oyunçuya görə cəzalandırılıb. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Futbol Federasiyaları Assosiasiyasına istinadən xəbər verir.
27 yaşlı yarımmüdafiəçi Coşqun Diniyev qırmızı vərəqə aldıqdan sonra stadionun giriş qapısının şüşəsini sındırıb.
O, 1 oyunluq cəzalanıb, klub isə 2400 AZN cərimə olunub.