Bakıda orta məktəb şagirdi döyülüb. Bu haqda 15 aprel tarixində Report məlumat verib.
Səbail rayonu, 132 saylı tam orta məktəbin şagirdi, 14 yaşlı Hüseyn Ömər digər şagirdlər tərəfindən döyülüb. Yaralı üz və baş nahiyələrinin əzikləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.