Bakının Səbail rayonu, Ö.Nemətzadə küçəsində yanğın baş verib. Bu haqda bu gün, 5 may tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Hadisə taxta konstruksiyalardan ibarət ikimərtəbəli binanın birinci mərtəbəsində qeydə alınıb. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə yerində 53 yaşlı Alla Xalıkovanın meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.