Bakının Yasamal rayonu ərazisində, “20 Yanvar” körpüsündə, 4 iyul axşam saatlarında yanğın baş verib. Bu haqda Oxu.az məlumat verib.
Yanğın konstruksiyaların hissələrini birləşdirən konstruksiya elementləri arasında qeydə alınıb. Bildirilir ki, alışmanın səbəbi yol örtüyünün buzlanmasının qarşısını almaq üçün istifadə olunan qızdırıcının elektrik naqillərində baş vermiş qısaqapanma olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunaraq ətraf ərazini yanğından mühafizə ediblər. Dövlət Avtomobil Yolları Agentliyinin əməkdaşları elektrik naqillərində yaranmış qısaqapanmanı aradan qaldıra biliblər.