Bakının Nəsimi rayonu, 28 May küçəsində yol qəzası baş verib. Bu haqda bu gün, 10 avqust tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Hadisə 28 May və Rəşid Behbudov küçələrinin işıqforla nizamlanan kəsişməsində baş verib. “Toyota” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub. Qəza zamanı xəsarət alan olmayıb. Avtomobillərə maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_109108" align="alignnone" width="640"]
Foto Unikal.az[/caption]