Bakının Nəsimi rayonu, “28 May” metro stansiyasının qarşısında xəsarətlə nəticələnən dava olub. Bu haqda bu gün, 14 yanvar tarixində Report məlumat verib.
44 yaşlı Ramil Nəsibova küt dəmir parçası ilə ağır xəsarət yetirilib. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sol qolun yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri aldığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.