Bakının Nəsimi rayonu, “28 May” metro stansiyasının yaxınlığında yol qəzası olub. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
İki avtomobilin toqquşması nəticəsində biri aşıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Avtomobillər hərəkət zolağından götürülüb. Təfərrüatlar araşdırılır.