Bakı metrosunun “28 May” stansiyasında sərnişinlər həyəcanlı anlar yaşayıblar. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az İqtisadiyyat.az-a istinadən xəbər verir.
Verilən məlumata əsasən, eskalatorun qəfildən dayanmasına görə, bir qadın sərnişin yıxılıb. Nəticədə o, kürək nahiyəsindən xəsarət alıb.
Hadisə yerinə metropoliten əməkdaşları tərəfindən təcili yardım briqadası çağırılıb.