Nəsimi rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun 3-cü mikrorayon dairəsində qeydə alınıb. “Toyota” və “Chevrolet” markalı avtomobillər dairədə hərəkətdə olan zaman toqquşb. Nəticədə 39 yaşlı Rasim Əhmədzadə və onun 38 yaşlı həyat yoldaşı Ləman Əhmədzadə, eləcə də onların 4 yaşlı övladları Banu və Ayan xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_118851" align="alignnone" width="640"]
Foto APA[/caption]