Bakının Xətai rayonunda marşrut avtobusu qəzaya düşüb. Bu haqda bu gün, 2 fevral tarixində APA məlumat verib.
“Trans” MMC-nin müvəqqəti istismarında olan 46 nömrəli avtobus "Mercedes” markalı minik avtomobili ilə toqquşub. Şirkətin nümayəndəsinin sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb.
Daşıyıcı şirkət izahat alınması üçün BNA-ya çağırılıb.