top
5 saylı Kliniki Doğum Evində aparılan tikinti işləri növbəti dəfə dayandırılıb
24 yanvar 2024, 23:26
- ↺ +

5 saylı Kliniki Doğum Evində aparılan tikinti işləri növbəti dəfə dayandırılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən, tarixi bina olan Şamama Ələsgərova adına 5 saylı Kliniki Doğum Evinin binasında qanunsuz tikinti ilə bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, 1930-cu ilə aid olan yerli əhəmiyyətli memarlıq abidəsində qeyri-rəsmi işlərin aparılması ilə bağlı monitorinq keçirilib.

“Məlumat üçün bildiririk ki, bir müddət öncə qeyd etdiyimiz kimi, binada qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılaşdırılmamış əsaslı təmir və yenidənqurma işlərinin aparılması faktı aşkarlanıb və işlər dayandırılıb. Lakin həmin ünvanda bu gün yenidən özbaşına tikinti işlərinin aparılması faktı ilə bağlı müraciət daxil olub və həmin işlər Baş İdarə tərəfindən müvafiq xəbərdarlıq edilərək 24 yanvar 2024-cü il tarixində yenidən dayandırılıb”, – deyə qurumdan bildirilib.

Məsələ ilə bağlı aidiyyəti qurumlara, o cümlədən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə müvafiq məlumatlar göndərilib.

Analoji hadisə ötən ilin oktyabr ayında baş verib. Onda da binanın dam örtüyünün və döşəmələrinin yenidən qurulması işləri dayandırılmışdı.

Həmin bina İkinci Dünya müharibəsinə qədər şəhər mətbəxi kimi istifadə olunub. Müharibə illərində bina evakuasiya xəstəxanası kimi istifadə edilib. 1946-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeliyində olub və Nadejda Krupskaya adına 5 saylı Doğum Evi adlanıb.

Müstəqillik illərində Nadejda Krupskaya adına 5 saylı Doğum Evinin adı dəyişdirilərək Ş.Ələsgərova adına 5 saylı Doğum Evi adlandırılıb.

Son xəbərlər

Xəbər
Bu gün, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Bu gün, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Bu gün, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər