Paytaxtın 8 Noyabr prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Əldə olunan məlumata əsasən, “Toyota Prius” və “Chevrolet Malibu” markalı avtomobillər toqquşub. Nəticədə sonuncu yol kənarındakı divara çarpılaraq aşıb. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Xəsarət alanlardan 1 nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.