Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində avtomobil səkiyə çarpılıb. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Nissan” markalı nəqliyyat vasitəsi adıçəkilən ərazidə hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun kənarındakı səkiyə çarpılıb. Nəticədə sürücü ağır xəsarət alıb. O, Təcili Tibbi Yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.