Bakının Xəzər rayonu, Şağan qəsəbəsində oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, qəsəbə ərazisində yerləşən 4 evdən ümumilikdə 16.000 manat dəyərində kombi aparatları, su qızdırıcısı və məişət əşyaları oğurlanıb.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Qabil Nəsirov və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elmar İbrahimov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.