Paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsində azyaşlı uşağı avtomobil vurub. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
9 yaşlı Z.Eminova yolu küçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə uşağın sağ ayağı sınıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.