Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Camal Tağıyev yaşadığı evin həyətində özünü elektrik nagili ilə asıb. Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi və bir dəfə insult keçirdiyi bildirilir. İlkin məlumata görə, o, xəstəliyə daha dözə bilmədiyinə görə özünə qəsd edib.
Hadisənin təfərrüatları araşdırılır.