Aeroport yolunda qəza baş verib. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə şosenin Mərdəkan istiqamətində gedən hissəsində baş verib. Eyni istiqamətdə hərəkət edən 3 avtomobil toqquşub. Nəticədə yolda sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.